XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



19 yaşlı idmançı yarış zamanı həlak oldu
İdman 16:36 / 31.05.2021
Motosiklet yarışçısı "Saxon Carxpert Prustel” GP komandasının sürücüsü Ceyson Düpaskye İtaliya Qran-prisi zamanı qəzaya düşüb. 19 yaşlı C.Düpaskye kvalifikasiya zamanı döngələrin birində motosikletdən yerə yıxıldıqdan sonra digər yarışçının motosikletinin təkərləri altında qalıb. İdmançı Florensiyada yerləşən xəstəxanaların birinə ağır vəziyyətdə çatdırılsa da, təəssüf ki, həkimlər onun həyatını xilas edə bilməyiblər.
"Biz dərin hüznlə Ceyson Düpaskyeni itirdiyimizi bildiririk. MotoGP kollektivi olaraq onun komandasına, ailəsinə və yaxınlarına başsağlığı veririk. Ceyson, biz sənin üçün çox darıxacağıq”, - deyə yarış seriyasının Twitter hesabında qeyd olunub.

30116 oxunub

InvestAZ