XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Komandamız beynəlxalq Qran-Pri turnirinin qalibi oldu
İdman 11:15 / 27.05.2021
Bakıda keçirilən paracüdo üzrə "IBSA Judo Grand-Prix Baku 2021” beynəlxalq Qran-Pri turniri başa çatıb.Yüksək səviyyədə təşkil edilən yarışda Azərbaycan komandası uğurla çıxış edərək 9 medal qazanıb. Belə ki, Namiq Abbaslı (66 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq) bütün rəqiblərini məğlub edərək qızıl medal əldə ediblər.
Zülfiyə Hüseynova (70 kq) və Hüseyn Rəhimli (81 kq) yalnız finalda uduzaraq ikinci yerə sahib olublar.
Vüqar Şirinli (60 kq), Şəhanə Hacıyeva (48 kq), Bəsti Səfərova (52 kq) və Afaq Sultanova (57 kq) isə üçüncü yeri tutublar.
Bu nəticə ilə komandamız ümumi hesabda birinci yeri tutub. Özbəkistan yığması 2 qızıl, 5 gümüş, 3 bürünc medalla ikinci, Braziliya paracüdoçuları 2 qızıl, 2 bürünc medalla üçüncü yerdə qərarlaşıblar.
Qeyd edək ki, on səkkiz cüdoçumuzun mübarizə apardığı Qran-Pridə ümumilikdə 38 ölkədən 200 idmançı medallar uğrunda yarışıb.
"IBSA Judo Grand-Prix Baku 2021” Qran-Prisi turniri Tokio Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.


30591 oxunub

InvestAZ