XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Qrossmeysterimiz pley-offa vəsiqə qazandı
İdman 12:05 / 26.05.2021
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin - "The FTX Crypto Cup” turnirinin təsnifat mərhələsinin son partiyaları oynanılıb. Yarışda iştirak edən şahmatçımız Teymur Rəcəbov ilk qarşılaşmada niderlandlı Aniş Qiriyə uduzub. Sonrakı turda rəqibi çinli Dinq Lirenə qalib gələn şahmatçımız növbəti partiyalarda rusiyalı şahmatçılar Aleksandr Qrişuk, Daniil Dubovla xalı yarı bölüb. Son turda Maqnus Karlsen ilə üz-üzə gələn təmsilçimiz bu qarşılaşmada məğlub olub.
Şəhriyar Məmmədyarov isə ilk qarşılaşmada argentinalı Alan Piçota qalib gəlib. Sonrakı turlarda Aniş Qiri, DinqLiren, Aleksandr Qrişuk ilə heç-heçə etsə də, son turda Daniil Dubova uduzub.
Şahmatçımız Teymur Rəcəbov təsnifat mərhələsində yekun nəticədə 8,5 xal toplayaraq 7-ci pillədə qərarlaşmaqla pley-offa vəsiqə qazanıb.
Şəhriyar Məmmədyarov isə 7,5 xalla 10-cu yeri tutub.
Qeyd edək ki, təsnifat mərhələsinin yekunlarına görə, ilk səkkizlikdə yer alan şahmatçılar pley-offa iştirak etmək hüququ qazanıblar.
"The FTX Crypto Cup” turnirinin təsnifat mərhələsində 16 şahmatçı mübarizə aparıb.
"Champions Chess Tour” onlayn şahmat seriyası 10 turnirdən ibarətdir.

32346 oxunub

InvestAZ