XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Dünya çempionu həbs olundu
İdman 15:21 / 23.05.2021
Hindistanın keçmiş sərbəst güləşçisi Suşil Kumar qətl şübhəsi ilə həbs olunub. 38 yaşlı keçmiş pəhləvan mayın 4-də stadionda bir nəfərin ölümü ilə nəticələnmiş davada iştirak edib.
O, həmin hadisədən sonra qaçıb gizlənib. Polis Kumar barədə informasiya verən üçün 1,4 milyon ABŞ dolları mükafat vəd edib. Tanınmış idmançı paytaxt Dehli ətrafındakı Mundka kəndində saxlanılıb.
Qeyd edək ki, Suşil Kumar 2010-cu il dünya çempionatında 66 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, həmçinin 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında bürünc, Hindistanın komandasının bayraqdarı olduğu London-2012-də gümüş medala sahib olub.

28701 oxunub

InvestAZ