XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Real”dan heç bir futbolçu AVRO-2020 üçün milliyə çağrılmadı
İdman 15:48 / 25.05.2021
Futbol üzrə İspaniya milli komandasının bu yay keçiriləcək Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb.
Yığmanın baş məşqçisi Luis Enrike 24 futbolçuya dəvət göndərib.
Maraqlıdır ki, İspaniya millisinə "Real”dan heç bir futbolçu çağırılmayıb. Halbuki, millinin kapitanı olan Serxio Ramosla yanaşı, bu komandada Dani Carvaxal, Lukas Vazkes, İsko, Naço və Alvaro Odriosolanın dəvət alanlar sırasında olması gözlənilirdi. Luis Enrikenin bu qərarından sonra İspaniya millisi tarixdə ilk dəfə "Real”ın heç bir futbolçu olmadan bir turnirdə mübarizə aparacaq. Bu mövsüm zədə səbəbindən çox oynaya bilməyən Serxio Ramos 2004-cü ildən bəri ilk dəfə millidə olmayacaq.

Qapıçılar: Unay Simon ("Atletik”), David de Xea ("Mançester Yunayted”, İngiltərə), Robert Sançes ("Brayton”, İngiltərə);

Müdafiəçilər: Xose Luis Qaya ("Valensiya”), Jordi Alba ("Barselona”), Pau Torres ("Vilyarreal”), Emerik Laport, Erik Qarsiya (hər ikisi "Mançester Siti”, İngiltərə), Dieqo Lyorente ("Vilyarreal”), Sesar Aspilikueta ("Çelsi”, İngiltərə), Markos Lyorente ("Atletiko”);

Yarımmüdafiəçilər: Serxio Buskets, Pedri (hər ikisi "Barselona”), Rodri ("Mançester Siti”), Tyaqo Alkantara ("Liverpul”, İngiltərə), Koke ("Atletiko”), Fabian Ruis ("Napoli”, İtaliya);

Hücumçular: Dani Olmo ("Leyptsiq”, Almaniya), Mikel Oyarzabal ("Real Sosyedad”), Alvaro Morata ("Yuventus”, İtaliya), Jerar Moreno ("Vilyarreal”), Ferran Torres ("Mançester Siti”), Adama Traore ("Vulverhempton”, İngiltərə), Pablo Sarabiya (PSJ, Fransa).

Qeyd edək ki, İspaniya millisi turnirin qrup mərhələsində İsveç, Polşa və Slovakiya yığmaları ilə qarşılaşacaq.



31076 oxunub

InvestAZ