XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Qrossmeysterimiz İddiaçılar turnirində iştirak edəcək
İdman 15:06 / 25.05.2021
Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2022-ci ildə keçiriləcək İddiaçılar turnirində iştirak edəcək şahmatçıları müəyyənləşdirib. Azərbaycan təmsilçisi Teymur Rəcəbov 2019-cu ildə keçirilmiş dünya kubokunun sahibi kimi bu nüfuzlu yarışda iştirak edəcək.
İddiaçılar turnirində T.Rəcəbovdan başqa bu ilin dekabrında dünya çempionu adı uğrunda keçiriləcək qarşılaşmada məğlub oyunçu (Maqnus Karlsen - Yan Nepomnyaşi), 2021-ci ilin avqustunda keçiriləcək dünya kubokunun qalibi və finalçısı, noyabrda Men adasında təşkil ediləcək "Grand Swiss 2021”də ilk iki yeri tutan şahmatçı və 2022-ci ildə təşkil ediləcək Qran-Pri seriyasının nəticələrinə görə ilk iki yeri tutan şahmatçı mübarizə aparacaq.
Xatırladaq ki, ötən ilin martında Teymur Rəcəbov dünyada hökm sürən koronovirus pandemiyası səbəbindən FIDE-yə iddiaçılar turnirini başqa vaxta təxirə salmağı təklif etmişdi. FIDE isə bu təklifə sərt reaksiya verərək T.Rəcəbovu turnirdən uzaqlaşdırmaq barədə qərar vermişdi.

32065 oxunub

InvestAZ