XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Azərbaycan Qran-Prisində jurnalistlərin fəaliyyət qaydalarına dair seminar keçirilib
İdman 19:23 / 21.05.2021
"Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) bu il iyunun 4-6-da Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi və həmin yarışda media nümayəndələrinin fəaliyyət qaydalarına dair yenilənmiş məlumatların çatdırılması məqsədilə mayın 21-də yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri üçün seminar təşkil edib.
Tədbirdə BŞH-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva mətbuat nümayəndələrinə bu nüfuzlu yarış və turnirdə media işçilərinin fəaliyyət qaydalarına dair ətraflı məlumat verib.
A.Ağayeva bildirib ki, Formula 1-ə maraq göstərənlər yarış barədə mediadan məlumat aldıqları üçün Qran-Pri ilə bağlı mediada fəallıq artıb. Azərbaycandakı yarışın təqvimdə öz yerini qorumasının sevindirici hal olduğunu diqqətə çatdıran BŞH rəsmisi Azərbaycan Qran-Prisinin müddətinin uzadılıb-uzadılmayacağına hələ aydınlıq gəlmədiyini söyləyib.
O vurğulayıb ki, Azərbaycan Qran-Prisinə 1300-dək marşal cəlb olunacaq. Həmin marşallardan 50-si əcnəbidir. Onlar yarış müddətində Atletlər Kəndində qalacaqlar.
Yarışda könüllülərin fəaliyyətindən danışan BŞH rəsmisi ümumilikdə 500 könüllünün Azərbaycan Qran-Prisinə cəlb edilməsinin nəzərdə tutulduğunu və hazırda onların işə başladıqlarını qeyd edib.
A.Ağayeva bildirib ki, Bakıda Qran-Pri ilə yanaşı, Formula 2 yarışı da keçiriləcək.

Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.

Formula 1 Azərbaycan Qran-Prisi iyunun 4-6-da Bakı Şəhər Halqasında təşkil olunacaq. Bakı 2016-cı ildən Formula 1 Qran-Prisinə ev sahibliyi edir.

43547 oxunub

InvestAZ