XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Sədr Pekin-2022-ni boykota çağırdı
İdman 17:31 / 20.05.2021
ABŞ-ın Nümayəndələr Palatasının sədri Nensi Pelosi dünya liderlərini Pekindəki 2022 Qış Olimpiya Oyunları”na getməkdən imtina etməyə çağırıb. O, siyasi boykota çağırışını Çinin insan haqları pozuntularına yol verməsi ilə əsaslandırıb.
Bu barədə CNBC xəbər yayıb.
"Əgər davam edən soyqırımı şəraitində yerlərinizdə otursanız (Pekində, Oyunlar zamanı), belə bir sual ortaya çıxır: Çin hökuməti soyqırımı etdiyi vaxtda dünyanın hər yerində insan hüquqları barədə danışmaq üçün hansı mənəvi haqqınız var?” - deyə amerikalı qanunverici dünya liderlərinə müraciət edib.
Olimpiadaların maliyyə sponsorlarını tənqid edən Pelosi "kommersiya səbəblərindən Çində insan haqlarının pozulmasına qarşı çıxmasaq, harada olmasından asılı olmayaraq insan haqlarını müdafiə etmək üçün bütün mənəvi hüquqlarımızı itirəcəyik” deyə əlavə edib.
Bununla belə Nümayəndələr Palatasının sədri vurğulayıb ki, idmançılar oyunlarda iştirak edə bilməlidirlər.

42312 oxunub

InvestAZ