XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Neftçi” çempionluq kubokunu İkinci Fəxri xiyabana apardı
İdman 10:24 / 20.05.2021
Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan Premyer Liqasının 2020-2021-ci il mövsümünün qalibi Bakının "Neftçi” klubu olub. Oyundan sonra "Neftçi” klubu çempionluq kubokunu İkinci Fəxri xiyabana aparıb. Kollektiv komandanın azarkeşləri, Vətən müharibəsi şəhidləri mayor Rüfət Əsgərov və leytenant Teymur Məcidzadənin məzarını ziyarət edib. Onlar çempionatın baş mükafatını şəhid hərbçinin məzarı üstünə qoyaraq, ruhuna dualar oxuyublar.
Ziyarətdə klub prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, Samir Abasovun rəhbərlik etdiyi məşqçilər heyəti və bütün futbolçular iştirak edib.
Qazanılan çempionluq kuboku Vətən müharibəsində şəhid olan klubun azarkeşi, mayor Rüfət Əsgərovun hüzuruna aparılıb.
Qeyd edək ki, "Qarabağ"a 1:0 hesabı ilə qalib gələn "Neftçi" 9 qat Azərbaycan çempionu adını qazanıb.

35362 oxunub

InvestAZ