XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Azərbaycan çempionatının qalibi “Neftçi” oldu
İdman 08:42 / 20.05.2021
Futbol üzrə Azərbaycan Premyer Liqasının 2020-2021-ci il mövsümünün çempionu müəyyənləşib.
XXVIII turun sonuncu matçında çempion komandanın adına aydınlıq gəlib. Son turadək 57 xalla lider olan "Qarabağ" ondan bir xal az toplayan "Neftçi"nin qonağı olub. "Dalğa Arena"dakı matç 1:0 hesabı ilə "Neftçi” klubunun qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 90-cı dəqiqədə Əhməd Əhmədov olub.
Bununla da xalını 59-a çatdıran "Neftçi" "Qarabağ"ın ardıcıl 7 mövsümlük çempionluğuna son qoyub və qızıl medallara yiyələnib. Bu, flaqmanın 9-cu çempionluğu olub.
"Neftçi" UEFA Çempionlar Liqasında iştirakı təmin edib. "Qarabağ" isə 2021-2022-ci il mövsümündə UEFA Konfrans Liqasına qatılacaq.
"Ağ-qaralar"a qızıl medalları isə baş məşqçi karyerasında ilk dəfə Samir Abasov qazandırıb.

33870 oxunub

InvestAZ