XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Gənc ağırlıqqaldıranların Daşkənd sınağı
İdman 10:55 / 18.05.2021
Mayın 21-dən 31-dək Özbəkistanın paytaxtı Daşkənddə gənclər arasında ağırlıqqaldırma üzrə dünya birinciliyi keçiriləcək.
Azərbaycan Ağır Atletika Federasiyasından "Olimpiya dünyası” qəzetinə verilən məlumata görə, 112 ölkədən 384 (220 kişi və 164 qadın) atletin qatılacağı yarışda Azərbaycan yığmasının beş üzvü qüvvəsini sınayacaq.
Baş məşqçilər Oktay Muxtarov (yeniyetmələr) və Maksum Xasanovun (gənclər) rəhbərliyi altında komandamızın üzvlərindən Tehran Məmmədov (61 kq), Murad Əliyev (67 kq), Ömər Cavadov (73 kq), Əliyev Füqan (81 kq) və Əli Şükürlü (102 kq) mübarizə aparacaqlar.
Yarışlarda ədalət təmsilçisi qismində ölkəmizi beynəlxalq dərəcəli hakim Vahid Nəzərov təmsil edəcək.

31247 oxunub

InvestAZ