XƏBƏR LENTİ
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025



Dünya çempionatında 13 cüdoçumuzun iştirakı planlaşdırılır
İdman 19:41 / 15.05.2021
İyunun 6-dan 13-dək Macarıstanda cüdo üzrə dünya çempionatı keçiriləcək. Budapeşt şəhərində təşkil ediləcək lisenziya xarakterli yarışda Azərbaycanın 13 cüdoçusunun iştirakı planlaşdırılır. Belə ki, kişilər arasında Davud Məmmədsoy, Kəramət Hüseynov (hər ikisi 60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Nurlan Osmanov (73 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq) mübarizə aparacaqlar.
Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), İrina Kindzerska (+78 kq) güclərini sınayacaqlar.

31293 oxunub

InvestAZ