XƏBƏR LENTİ
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026



UEFA təslim olmayan klublara intizam işi açdı
İdman 15:06 / 13.05.2021
UEFA Avropa Superliqasından imtina etməyən "Real", "Barselona" və "Yuventus"a qarşı intizam işi açıb. Bu barədə qurumun saytı məlumat yayıb. "UEFA İntizam Reqlamentinin 31-ci maddəsinin 4-cü bəndinə əsasən, UEFA-nın "Real" "Barselona" və Yuventus tərəfindən UEFA-nın hüquq bazasını pozması ilə əlaqədar intizam istintaqı aparmaq üçün UEFA Etikası və İntizam Məmurları təyin edildi. Bu məsələ ilə bağlı əlavə məlumatlar vaxtında veriləcək” - deyə qurumun açıqlamasında bildirilir.
Qeyd edək ki, Avropa Superliqasını aprelin 19-da "Mançester Yunayted”, "Mançester Siti”, "Arsenal”, "Liverpul”, "Tottenhem”,"Çelsi”, "Real Madrid", "Barselona”, "Atletiko”, "Yuventus”, "Milan” və "İnter” klubları yaradıblar. Sonradan 9 klub turniri tərk edib.

39853 oxunub

InvestAZ