XƏBƏR LENTİ
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Neymarın istəyi rədd edilə bilər
İdman 16:00 / 12.05.2021
PSJ-nin hücumçusu Neymar Braziliya millisi ilə həm Amerika kubokunda, həm də Tokio Olimpiadasında oynamaq istəyir. O, Paris rəhbərliyinə bununla bağlı bildirib. 29 yaşlı forvard yalnız 11 iyunda başlayan və 10 iyulda bitəcək Amerika kubokunda deyil, Tokio Olimpiadasında da oynamaq istədiyini söyləyib.
Bildirilib ki, böyük ehtimalla Fransa klubu oyunçunun tələbini rədd edəcək və onu Olimpiya Oyunlarına buraxmayacaq. Çünki bu turnir FİFA-nın himayəsində keçirilmir, bu da klubun oyunçunu milliyə buraxmaq məcburiyyətində olmadığını göstərir. "Le Parisien" yazır ki , PSJ bu turnir üçün Fransa millisində oynayan futbolçusu Kilian Mbappe ilə bağlı da eyni mövqedə dayanıb.
Qeyd edək ki, Neymar Braziliya millisi ilə 2012 və 2016 Olimpiadalarında iştirak edib.

47161 oxunub

InvestAZ