XƏBƏR LENTİ
12 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



Volebolçularımız ilk dövrəni məğlubiyyətlə başa vurdu
İdman 18:50 / 09.05.2021
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi 2021-ci il Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirib. F qrupunda mübarizə aparan yığmamız Gürcüstanda təşkil olunan I dövrənin son matçında lider Yunanıstanla qarşılaşıb.
Tbilisi Voleybol Arenasındakı görüş Fərid Cəlalovun baş məşqçi olduğu kollektivin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Yunanlar ilk setdə 25:21, ikinci setdə 25:19, üçüncü setdə isə 25:18 hesabı ilə üstün olublar.
Bu qələbədən sonra maksimum nəticə göstərən Yunanıstan F qrupuna başçılıq edir. 3 xalı olan Azərbaycan millisi isə üçüncüdür.
Qrupun digər qarşılaşmasında 4 xalla 2-ci sırada qərarlaşan Monteneqro ilk iki turdan sonra xalsız olan Gürcüstan seçməsi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa çempionatının təsnifat mərhələsində 7 qrupda 26 komanda mübarizə aparır. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi olacaq 5 ölkə AVRO-2021-ə vəsiqə qazanacaq.

32494 oxunub

InvestAZ