XƏBƏR LENTİ
19 Oktyabr 2025
18 Oktyabr 2025
17 Oktyabr 2025
16 Oktyabr 2025
15 Oktyabr 2025
14 Oktyabr 2025



Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan şahmat turniri keçiriləcək
İdman 13:40 / 09.05.2021
Bu gün 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman-Şahmat Məktəbinin (RİOEUGİŞM) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan onlayn şahmat turnirinə start veriləcək.
Yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Saat 21:00-da baş tutacaq turnirdə 2004-cü il təvəllüdlü və daha kiçik yaşlı şahmatçılar iştirak edəcəklər.
Yarışda ümumi hesabda ilk 3 yeri tutan oğlan və qızlar, həmçinin ayrı-ayrı yaş qruplarında fərqlənən şahmatçılar 3 nömrəli RİOEUGİŞM tərəfindən medal və müvafiq diplomla təltif olunacaqlar.

29361 oxunub

InvestAZ