XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Komandamız “Böyük dəbilqə” turnirini bir bürünc medalla başa vurdu
İdman 17:24 / 07.05.2021
Kazanda keçirilən cüdo üzrə "Böyük dəbilqə” turnirinə mayın 7-də yekun vurulub. Yarışın sonuncu günündə Azərbaycanın bir cüdoçusu mübarizə aparıb. Camal Feyziyev (+100 kq) onaltıdabir final mərhələsində Slovakiya təmsilçisi Marius Fizeli məğlub etsə də, səkkizdəbir finalda braziliyalı Rafael Silvaya uduzub.
Beləliklə, turnirdə 10 cüdoçu ilə təmsil olunan komandamız yarışı bir bürünc medalla başa vurub. Bürünc medalı yığmamızın aktivinə 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Murad Fətiyev yazdırıb. İdmançımız bu nəticə ilə həm də Tokio Yay Olimpiya Oyunlarına vacib lisenziya xalları qazanıb.
"Böyük dəbilqə” turnirində 79 ölkədən 400-dən çox idmançı mübarizə aparıb.

19853 oxunub

InvestAZ