XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



AVF-nin nümayəndəsi Avropa çempionatına təyinat alıb
İdman 13:47 / 06.05.2021
Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının (AVF) Regional Voleybol İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılovaya növbəti dəfə etimad göstərib.
AVF-dən "Olimpiya dünyası” qəzetinə verilən məlumata görə, N.İsmayılova 16 yaşadək qızlar arasında keçiriləcək Avropa çempionatının təsnifat mərhələsinin "D” qrupunun oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Oyunlar mayın 7-9-da Polşanın Valbjix şəhərində baş tutacaq. "D” qrupunda ev sahibləri ilə yanaşı, Litva, Niderland və Fransa milliləri mübarizə aparacaqlar.

31588 oxunub

InvestAZ