XƏBƏR LENTİ
11 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



Bu gün Avropa Liqasının finalçıları müəyyənləşəcək
İdman 12:31 / 06.05.2021
Bu gün futbol üzrə UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək. Bununla da turnirin finalçıları müəyyənləşəcək.
İngiltərə klublarından "Arsenal” İspaniyada 1:2 hesabı ilə uduzduğu "Vilyarreal”ı Londonda qəbul edəcək. Meydan sahiblərinə mərhələ adlamaq üçün yalnız qələbə lazım olduğu halda, "Qarabağ”la eyni qrupda mübarizə aparmış qonaqları heç-heçə də qane edir. Oyundan əvvəl komandaların heyətində zədəli futbolçu yoxdur. Ancaq birinci görüşdə "Vilyarreal”ın qırmızı vərəqə alan yarımmüdafiəçisi Etyen Kapu cəzalı olduğu üçün oyunu buraxmalı olacaq.
Yarımfinalın digər oyununda isə "Mançester Yunayted” komandası İtaliyada "Roma”nın qonağı olacaq. Evdəki qarşılaşmada rəqibinə 6:2 hesabı ilə qalib gələn "qırmızı şeytanlar” finala vəsiqənin taleyini demək olar ki, həll ediblər.
Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Turnirin həlledici görüşü mayın 26-da Polşanın Qdansk şəhərindəki eyni adlı stadionda keçiriləcək.

40440 oxunub

InvestAZ