XƏBƏR LENTİ
29 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Çempionlar Liqası: Bu gün ikinci finalçının adına aydınlıq gələcək
İdman 12:08 / 05.05.2021
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci cavab oyunu keçiriləcək. Bununla da turnirin ikinci finalçısı müəyyənləşəcək. İngiltərənin "Çelsi” və İspaniyanın "Real Madrid” komandaları həlledici qarşılaşmaya sonuncu vəsiqə uğrunda cavab matçına çıxacaqlar. İlk oyunda 1:1 hesablı heç-heçəyə nail olan "zadəganlar” Londonda bu üstünlükdən yararlanmağa çalışacaqlar.
İtaliyalı FIFA referisi Daniele Orsatonun idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Meydan sahiblərinin heyətində ciddi itki yoxdur. Mateo Kovaçiçin oynayıb-oynamayacağı sual altındadır. Qonaqlarda isə zədədən əziyyət çəkən Dani Karvahal və Lukas Vaskesin matçı buraxacaqları dəqiqləşib. Rafael Varanla Ferlan Mendinin meydana çıxıb-çıxmayacağı isə bilinmir.

33291 oxunub

InvestAZ