XƏBƏR LENTİ
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026
20 Fevral 2026



“Böyük dəbilqə” turnirində 10 cüdoçumuz yarışacaq
İdman 16:00 / 04.05.2021
Sabah Rusiyanın Kazan şəhərində cüdo üzrə "Böyük dəbilqə” turnirinə start veriləcək. Turnirdə Azərbaycanın 10 cüdoçusu qüvvəsini sınaycaq. Belə ki, kişilər arasında keçiriləcək yarışda Davud Məmmədsoy (60 kq), Elçin Hüseynov (66 kq), Nurlan Osmanov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Camal Feyziyev (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar.
Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) güclərini sınayacaqlar.

37808 oxunub

InvestAZ