XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Bədii gimnastlarımız beynəlxalq turniri 3 medalla başa vurublar
İdman 13:10 / 04.05.2021
Polşanın paytaxtı Varşavada bədii gimnastika üzrə "İrina Cup” beynəlxalq turnir keçirilib. Yarışda ölkəmizi Kamilla Seyidzadə, Alina Məmmədova, Məryəm Əliyeva, Gövhər İbrahimova, Aydan Rəhimova və Şəms Ağahüseynova təmsil ediblər.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, təmsilçilərimiz bu yarışdan Vətənə 1 gümüş və 2 bürünc medalla dönüblər.
Gənclər arasında yarışan K.Seyidzadə lentlə final çıxışına görə, gümüş medala layiq görülüb. 2009-cu il təvəllüdlü gimnastlar arasında çıxış edən G.İbrahimova çoxnövçülükdə bürünc medal qazanıb. Ş.Ağahüseynova isə 2010-cu il təvəllüdlülər arasında çoxnövçülük yarışlarında üçüncü olub.
2009-cu il təvəllüdlü idmançılar arasında yarışan M.Əliyeva medalın bir addımlığında dayanaraq, çoxnövçülükdə dördüncü olub. Onunla eyni yaş qrupunda mübarizə aparan A.Rəhimova isə həmin proqram üzrə 7-ci olub.
Gənclər arasında iştirak etmiş daha bir gimnastımız A.Məmmədova isə ən yaxşı nəticəni top və gürzlərlə göstərərək, hər iki çıxış proqramı üzrə finalda 6-cı olub.


34763 oxunub

InvestAZ