XƏBƏR LENTİ
09 May 2021
07 May 2021
06 May 2021
05 May 2021
04 May 2021



Avropa Badminton Konfederasiyası nümayəndə heyətlərinin növbəti illik toplantısı keçirilib
İdman 15:46 / 02.05.2021


Avropa Badminton Konfederasiyası nümayəndə heyətlərinin növbəti illik virtual görüşü keçirilib.
Artıq ikinci ildir ardıcıl olaraq nümayəndə heyətlərinin illik görüşü onlayn formatda təşkil edilib.
Avropa Badminton Konfederasiyasının prezidenti Peter Tarkala və baş katib Brayan Agerbak nümayəndə heyətlərinin illik, 54-cü görüşündə tədbir iştirakçılarını onlayn şəkildə salamlayıb. İclası giriş sözü ilə açan P.Tarkala artıq virtual toplantılara vərdiş etdiklərini və bununla bağlı təəssüratlarının müsbət olduğunu bildirdib. Səsvermənin nəticələrindən və nümayəndə heyətlərinin dəstəyindən məmnunluğunu ifadə edən P.Tarkala rəhbərlik etdiyi qurumun Avropada güclü birliyə sahib olduğunu və bunun gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu qeyd edib. 41 nümayəndə heyətinin iştirakı ilə keçirilən iclasda P.Tarkala pandemiya dövründə badminton oynamağın mümkünlüyü üzərində işləyən nümayəndə heyətlərinə təşəkkür etməklə yanaşı onları ötən il olduğu kimi böyük iş görməyə davam etməyə ruhlandırıb. İclasda iştirakçılar 2021-2024-cü illəri əhatə edəcək strateji planla bağlı məlumatlandırılıb. Nümayəndə heyətlərinə strateji planın mənzərəsi, məqsədi, dəyərləri və prioritetləri təqdim olunub.
Konfederasiyasının baş katibi Brayan Agerbak komissiya və komitələr qarşısında növbəti illər üçün yeni təşəbbüslərlə çıxış edib. Baş katib qarşıdakı illər üçün ambisiyalarının böyük olduğunu qeyd etməklə yanaşı son illərdə idarəçiliyin daha çox əhəmiyyət kəsb etdiyini vurğulayıb. B.Agerbak asiyalılarla rəqabət aparmaq üçün badmintonu Avropada daha da əyləncəli idman növünə çevirmək, yerli federasiyaya inkişaf üçün dəstək olmaq və bu idman növündə kütləviliyi əsas hədəfləri kimi göstərib.
İclasdan öncə Avropa Badminton Konfederasiyasının Direktorlar Şurası tərəfindən qaydalara təklif olunan dəyişikliklər nümayəndə heyətləri tərəfindən yekdilliklə təsdiq olunub. Nümayəndə heyətlərinin görüşündə iştirakçılar Andrey Antropovu 2021-2025-ci illər üçün yenidən Avropa Badminton Konfederasiyasının vitse-prezidenti vəzifəsinə seçiblər. Avropa Badminton Konfederasiyasının nümayəndə heyətlərinin növbəti görüşü 2022-ci ildə Maltanın paytaxtı Valletta şəhərində keçiriləcək.

620 oxunub

InvestAZ