XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Şəhriyar Məmmədyarov erməni şahmatçıya qalib gələrək bürünc medala sahib çıxdı
İdman 12:00 / 03.05.2021
Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour” onlayn şahmat seriyasının "New In Chess Classic”

turnirində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bürünc medal qazanıb. Təmsilçimiz üçüncü yer uğrunda Ermənistan şahmatçısı Levon Aronyanla cavab matçında 2,5:0,5 hesablı qələbə qazanıb. Bununla da şahmatçımız bürünc medalı özünə təmin edib.

Qeyd edək ki, Ş.Məmmədyarovun birinci matçda rəqibi ilə qarşılaşması heç-heçə ilə başa çatmışdı.

Turnirin qalibi isə finalda ABŞ təmsilçisi Hikaru Nakamuraya qalib gələn Maqnus Karlsen olub. İkinci oyun günündə 2:2 hesablı heç-heçə qeydə alınıb. Tərəflər hərəyə 1 qələbə, 2 heç-heçə ediblər. İlk oyun günündə M.Karlsen 3:1 hesabı ilə qalib gəldiyi üçün mərhələnin qalibi olub.

Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirin qalibi 30 000 ABŞ dolları qazanıb. "Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabrınadək davam edəcək.

34226 oxunub

InvestAZ