XƏBƏR LENTİ
10 May 2021
09 May 2021
07 May 2021
06 May 2021
05 May 2021
04 May 2021



Gimnastlarımız Avropa çempionatının finalında
İdman 19:01 / 01.05.2021
Azərbaycan gimnastları Hüseyn Abbasov və Maqsud Maqsudov Rusiyanın Soçi şəhərində keçirilən batut gimnastikası, tamblinq və ikili minibatut üzrə Avropa çempionatının finalına yüksəliblər.
Gimnastlarımız yarışların üçüncü günündə gənclər arasında batut üzərində sinxron hərəkətlərdə çıxış ediblər. Onlar 87,62 xal toplayaraq təsnifat mərhələsində birinci yer tutublar.
Qeyd edək ki, 23 ölkədən idmançıların iştirak etdiyi Avropa çempionatına mayın 2-də yekun vurulacaq.

910 oxunub

InvestAZ