XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Milli Gimnastika Arenası Dünya Kubokuna ev sahibliyi edəcək
İdman 17:01 / 01.05.2021
Mayın 7-9-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku keçiriləcək. Yarış Tokioda keçiriləcək yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyır.
Azərbaycanı Dünya Kubokunda Yay Universiadasının gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış Zöhrə Ağamirova, gənclər arasında dünya çempionatının ikiqat mükafatçısı Arzu Cəlilova, eləcə də son Avropa çempionatının üçqat medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış qrup hərəkətləri komandası (Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova, Darya Sorokina) təmsil edəcək.
Dünya Kubokunda 36 ölkədən qrup komandaları tərkibində 106 (18 qrup) və fərdi proqram üzrə 63 fərdi gimnast mübarizə aparacaq.
Yarışda Katerina Qalkina (Belarus), Katrin Taseva və Boryana Kaleyn (Bolqarıstan), Nikol Zelikman və Linoy Aşram (İsrail), Aleksandra Acurcukuleze və Milena Baldassarri (İtaliya) kimi bədiii gimnastika ulduzları iştirak edəcək.
Ənənəyə uyğun olaraq yarışlarda ən çox xal toplamış gimnasta "AGF Trophy" kuboku təqdim olunacaq.

32146 oxunub

InvestAZ