XƏBƏR LENTİ
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026



Qrossmeysterimiz üçüncü yer uğrunda erməni şahmatçı ilə mübarizə aparacaq
İdman 15:19 / 01.05.2021
Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour” onlayn şahmat seriyasının "New In Chess Classic” turnirində həlledici mərhələsinin birinci matçı keçiriləcək. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov üçüncü yer uğrunda ermənistanlı Levon Aronyanla mübarizə aparacaq.
Çempionluq uğrunda qarşılaşmada isə norveçli Maqnus Karlsen ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək.
Ümumi mükafat fondu 100 min ABŞ dolları olan "New In Chess Classic” turniri mayın 2-də başa çatacaq.
"Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabrınadək davam edəcək.

27499 oxunub

InvestAZ