XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Ulduz basketbolçunun kartı rekord məbləğə satıldı
İdman 16:21 / 30.04.2021
Hazırda ABŞ-ın "Los-Anceles Leykers" komandasında çıxış edən basketbolçu Lebron Ceymsin fotosunun yer aldığı kart rekord məbləğə satılıb. Kart üçün 5,2 milyon ABŞ dolları ödənilib.
2003-cü ildə buraxılan kartda oyunçunun "Klivlend" ilə Milli Basketbol Assosiasiyasında (NBA) ilk mövsümü təsvir olunub.
Burada idmançının imzası da yer alıb. Bu, basketbol tarixində ən bahalı qiymətə satılan kartdır və 23 nüsxədən ibarətdir.
Qeyd edək ki, Lebron Ceyms 2003-cü ildən NBA-da çıxış edir. 37 yaşlı basketbolçu 4 qat NBA çempionu (2 dəfə "Mayami"də, hərəyə 1 dəfə "Klivlend" və "Leykers"də) və ikiqat Olimpiya çempionu (2008, 2012) olub.

19196 oxunub

InvestAZ