XƏBƏR LENTİ
16 Aprel 2024
15 Aprel 2024
14 Aprel 2024
13 Aprel 2024



Karateçilərimiz lisenziya turnirində mübarizə aparacaqlar
İdman 15:00 / 29.04.2021
Sabah Portuqaliyanın paytaxtı Lissabonda Tokio Olimpiadasına reytinq xalları verən Karate1 Premyer liqa turnirinə start veriləcək. Azərbaycan Milli Karate Federasiyasından "Olimpiya dünyası” qəzetinə verilən məlumata görə, yarışda federasiyasının prezidenti Yaşar Bəşirovun başçılıq etdiyi 15 idmançıdan ibarət heyət iştirak edəcək. Milli komandanı kumite üzrə kişilərin baş məşqçisi Qurban Tağıyev, böyük məşqçi Şahin Xudaverdiyev, eləcə də qadınların baş məşqçisi Denis Morozov və kata üzə baş məşqçi Vahid Ayvazov müşayiət edəcək. Turnirdə karateçilərimizdən Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi -67 kq), Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov (hər ikisi -84 kq), Asiman Qurbanlı (+84 kq), həmçinin Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq) tatamiyə çıxacaq. Kata çıxışlarında Roman Heydərov (fərdi) və Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət heyət (komanda) iştirak edəcək.
Lissabonda Premyer Liqanı idarə edən hakimlər arasında beynəlxalq hakim Cahangir Babayev və Vüqar Kərimov da yer alacaq. Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışında 87 ölkədən 740 karateçi yarışacaq.
Karate1 Premyer liqa turniri aprelin 2-dək davam edəcək.

18019 oxunub

InvestAZ