XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Qrossmeysterimiz yarımfinalda
İdman 09:47 / 29.04.2021
Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour” onlayn şahmat seriyasının "New In Chess Classic” turnirinin dörddəbir final mərhələsində şahmatçımız Şəhriyar Məmmədyarov uğurla çıxış edib.
Qrossmeysterimiz dörddəbir finalın birinci matçında 3:1, cavab oyunlarında da isə 2,5:0,5 hesabla FIDE təmsilçisi Alireza Firuzcaya qalib gələrək yarımfinala vəsiqə qazanıb. Digər şahmatçımız Teymur Rəcəbov isə norveçli dünya çempionu Maqnus Karlsenə ikinci matçda 1,5:2,5 hesabı ilə məğlub olub və mübarizəni dayandırıb. Qeyd edək ki, T.Rəcəbovun M.Karlsenlə keçirdiyi birinci matç bərabərliklə (2:2) başa çatmışdı.
Beləliklə, yarımfinalda Ş.Məmmədyarovla yanaşı, M.Karlsen, amerikalı Hikaru Nakamura, ermənistanlı Levon Aronyan mübarizə aparacaqlar.
Ümumi mükafat fondu 100 min ABŞ dolları olan turnir mayın 2-dək davam edəcək.

51371 oxunub

InvestAZ