XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Pəhləvanlarımız Avropa çempionatını 8 medalla başa vurdular
İdman 10:52 / 26.04.2021

Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə Avropa çempionatına yekun vurulub. Pəhləvanlarımız qitə çempionatını 8 (1 qızıl, 2 gümüş, 5 bürünc) medalla başa vurublar.
Mübarizəyə əvvəlcə sərbəst güləşçilərimiz başlayıblar. Təmsilçilərimiz yarışı bir gümüş və üç bürünc medalla başa vurublar. Komandamıza gümüş medalı 70 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov qazandırıb.
Bir neçə ay öncə Vətən müharibəsində iştirak edən Əfqan Xaşalov (57 kq) isə bürünc medal qazanaraq səngərdən güləş xalçasına uğurlu dönüş edib. Komandamıza digər bürünc medalları isə Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) qazandırıb.
Yarışın üçüncü günündə qadınlardan ibarət yığmamız mübarizəyə başlayıb. Millimizin lideri Mariya Stadnik 1 il yarımlıq fasilədən sonra güləş xalçasına inamlı qələbə ilə qayıdıb. Təcrübəli güləşçimiz Rusiya idmançısına heç bir şans verməyib və adını yarımfinala yazdırıb. Bu mərhələdə ukraynalı güləşçiyə də aman verməyən M.Stadnik finala yüksəlib. Bolqarıstanlı güləşçi ilə həlledici qarşılaşmaya çıxan Mariya bu rəqibinə də qalib gələrək 8-ci dəfə Avropanın ən güclüsü adını qazanıb.
Çempionatın növbəti günündə isə yunan-Roma güləşçiləri mübarizəyə başlayıblar. Klassiklərimiz qitə çempionatını 3 (1 gümüş, 2 bürünc) medalla başa vurublar.
Komandamıza gümüş medalı 63 kq çəki dərəcəsində çıxış edən Taleh Məmmədov qazandırıb. Yığmamızın digər üzvləri Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) isə qitə birinciliyinin bürünc medallarına sahib çıxıblar.

29626 oxunub

InvestAZ