XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Gimnastlarımız Bolqarıstanda gümüş medala sahib çıxdılar
İdman 18:04 / 27.04.2021
Bolqarıstanın paytaxtı Sofiyada akrobatika gimnastikası üzrə dünya kuboku və kubok çərçivəsində beynəlxalq turnir keçirilib. Yarışda ölkəmizi Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyü, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük və Leyla Bəşirova, Mənsumə Məmmədzadə və Nəzrin Fərmanovadan ibarət qadın qrupu təmsil edib.
Kubok çərçivəsində keçirilmiş beynəlxalq turnirdə 13-19 yaş kateqoriyasında çıxış edən qadın qrupumuz qarışıq hərəkətlərdə fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Dünya kubokunda gücünü sınayan Ağasif Rəhimov və Raziyə Seyidli cütlüyü isə finalda 8-ci olub.


30335 oxunub

InvestAZ