XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



NBA-nın gələcək vəd edən basektbolçusu həlak oldu
İdman 17:20 / 23.04.2021
"Kentukki” basketbol klubunun keçmiş hücumçusu Terrens Klark Los-Ancelesdə yol nəqliyyat hadisəsi zamanı həlak olub. Məlumata görə, hadisə zamanı 19 yaşlı basketbolçu avtomobildə tək olub. O, qırmızı işıqda yüksək sürətlə keçərək başqa bir avtomobil ilə toqquşub. Daha sonra basketbolçu işıq dirəyinə sonra isə divara çırpılıb. İdmançı Nortric xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Digər avtomobilin sürücüsü xəsarət almayıb. Bildirək ki, T.Klark NBA-nın püşkatma mərhələsində iştirak etmək üçün Los-Ancelesə gəlmişdi. Qeyd edək ki, basketbolçu zədə səbəbi ilə 2020-21 mövsümündə "Kentukki” klubunun heyyətində 9,6 xal göstərici ilə 8 oyun keçirib.
Terrans Klark ESPN versiyasına görə, püşkatmada 100 ən yaxşı perspektivli idmançılar arasında 72-ci yerdə qərarlaşmışdı.

33067 oxunub

InvestAZ