XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Azərbaycanlı Olimpiya çempionu dünyasını dəyişib
İdman 19:05 / 20.04.2021
Voleybolçu qadınlar arasında azərbaycanlı Olimpiya çempionu Vera Lantratova 74 yaşında dünyasını dəyişib. Keçmiş idmançının ölüm səbəbi barədə məlumat verilməyib. Bakıda anadan olmuş Vera Lantratova klub səviyyəsində yalnız "Neftçi" komandasında çıxış edib. Lantratova "ağ-qaralar"ın heyətində 1966 və 1970-ci il SSRİ çempionatlarıının bürünc mükafatçısı olub. 1967-ci ildə isə o, Azərbaycan SSR yığmasının tərkibində SSRİ çempionatının və SSRİ xalqları Spartakiadasında gümüş medalını qazanıb.
Qeyd edək ki, Vera Lantratova 1968-ci ildə SSRI yığmasının heyətində XIX Mexiko Yay Olimpiya Oyunlarının qalibi olub. O, 1967-ci il Avropa və 1970-ci il dünya çempionatında qızıl medal qazanıb.

29643 oxunub

InvestAZ