XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



AFFA Avropa Super Liqasının yaradılması ilə əlaqədar bəyanat yaydı
İdman 18:47 / 20.04.2021
"AFFA, Peşəkar Futbol Liqası və Azərbaycan Premyer Liqasında iştirak edən klublar FIFA və UEFA-nın tənzimlədiyi bütün mövcud Nizamnamə və Əsasnamələrə sadiq olduğunu, bütün futbol yarışlarının beynəlxalq səviyyədə tanınan qanunlar çərçivəsində keçirilməsini, futbolda idman prinsiplərinin rəhbər tutulmasını, mövcud vəziyyətdə UEFA ilə həmrəy olduğunu və və UEFA-nı birmənalı şəkildə dəstəklədiyini bildirir".
Bu fikirlər Avropa Super Liqasının yaradılması ilə əlaqəda AFFA-nın yaydığı bəyanatda bildirilir.
"Avropa futbolunun əsas dəyərləri həmrəylik, ədalətli oyun və sosial məsuliyyətdir və bu proses uzun illərdir uğurla davam edir. Bir daha bəyan edirik ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası olaraq özündə separatçılığı ehtiva edən istənilən fəaliyyəti şiddətlə qınayırıq" deyə rəsmi açıqlamada vurğulanır.
Qeyd edək ki, UEFA İngiltərə Futbol Assosiasiyası və Premyer Liqa, İspaniya Futbol Federasiyası və La Liqa, İtaliya Futbol Federasiyası və A Seriyasından aldığı məlumat əsasında qeyd olunan çempionatlarda çıxış edən bəzi klubların yeni Superliqa yaratdıqları barədə açıqlama verəcəklərini bəyan edib.
Həmin gün İngiltərənin "Mançester Yunayted”, "Mançester Siti”, "Arsenal”, "Liverpul”, "Tottenhem” və "Çelsi”, İspaniyanın "Real Madrid", "Barselona”, "Atletiko” (Madrid), İtaliyanın "Yuventus”, "Milan” və "İnter” klubları imzaladıqları müqavilə ilə Avropada yeni turnirin – Super Liqanın yaradıldığını bəyan ediblər.

32560 oxunub

InvestAZ