XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Yulian Nagelsman “Tottenhem"in yeni baş məşqçisi ola bilər
İdman 14:22 / 20.04.2021
İngiltərənin "Tottenhem" klubunda Joze Mourinyonun istefaya göndərilməsindən sonra baş məşqçi postuna əsas namizəd müəyyənləşib. Bu, Almaniyanın "Leyptsiq" komandasının baş məşqçisi Yulian Nagelsmandır. 34 yaşlı mütəxəssis London təmsilçisində işləməyə müsbət yanaşır. Lakin hazırkı klubunun Nagelsman üçün 12 milyon avro təzminat tələbi buna mane ola bilər.
Qeyd edək ki, "Leyptsiq" Bundesliqada 29 turdan sonra 61 xalla ikinci pillədə qərarlaşıb. "Tottenhem" isə Premyer Liqada 32 oyundan 50 xalla 7-ci pillədə qərarlaşıb. Yulian Nagelsmanın "Leyptsiq"lə müqaviləsi 2023-cü ildə başa çatmalıdır.

32055 oxunub

InvestAZ