XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



UEFA Çempionlar Liqasının formatını dəyişir
İdman 16:39 / 19.04.2021
Müvafiq qərar qurumun İcraiyyə Komitəsinin bu gün videokonfrans formatında keçirilən iclasında qəbul edilib. "Deutsche Welle” nəşrinin yazdığına görə, 2024/25 mövsümündən başlayaraq ÇL-də qrup mərhələsi ləğv olunacaq, komandaların ümumi sayı 32-dən 36-yə yüksəldiləcək. Həmin vaxta qədər isə yarış indiki formatda davam edəcək. 36 komandadan 2-si yarışa Wild Card sistemi ilə buraxılacaq. Bu vəsiqə daxili çempionatda ÇL-ə viza ala bilməyən, amma turnirdə mühüm uğurlar əldə edən klublara veriləcək.
Yeni formata əsasən, turnir İsveçrə sistemi əsasında keçiriləcək. Bununla da ilkin final mərhələsində hər komanda 5-i səfərdə, 5-i evdə olmaqla 10 oyun keçirəcək. Bunun nəticəsində turnir cədvəli formalaşdırılacaq və ilk 8 yeri tutan komanda ÇL-in 1/8 finalına birbaşa vəsiqə qazanacaq. Digər 8 vəsiqə uğrunda 9-24-cü yerlər tutan komandalar pley-off formatında mübarizə aparacaq.

32520 oxunub

InvestAZ