XƏBƏR LENTİ
23 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



“Rolan Qarros” turnirinin vaxtı dəyişdirildi
İdman 16:34 / 13.04.2021
Tennis üzrə açıq Fransa çempionatı təxirə salınıb. "Böyük dəbilqə”yə daxil olan "Rolan Qarros”un startı bir həftə sonra veriləcək.
Təşkilatçılar mayın 23-dən iyunun 6-dək keçirilməli olan turnirin gec baş tutmasını məqsədəuyğun sayıb. Yarışın mayın 30-dan iyunun 13-dək keçirilməsi nəzərdə tutulub.
Belə addımın atılmasına səbəb koronavirus pandemiyasıdır. Təşkilatçılar yarışın gec başlamaqla bir həftə ərzində məhdudiyyətlərdə yumşalma olacağına ümidlidir. Bu da "Rolan Qarros”a daha çox tamaşaçı cəlb etməyə imkan verəcək.

33629 oxunub

InvestAZ