XƏBƏR LENTİ
10 May 2021
09 May 2021
07 May 2021
06 May 2021
05 May 2021
04 May 2021



Qrossmeysterimiz üçün yeni sınaq
İdman 13:30 / 13.04.2021
Aprelin 24-də "Champions Chess Tour” onlayn şahmat seriyasının beşinci mərhələsistart götürəcək. 16 qrossmeysterin mübarizə aparacağı turnirdə Azərbaycan təmsilçisi Teymur Rəcəbov da iştirak edəcək. Ötən 4 mərhələnin yekunlarına görə şahmatçımız 108 xalla 3-cü yerdə qərarlaşıb. Turnirdə şahmatçımızla yanaşı, hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen, amerikalı şahmatçılar Uesli So, Hikaru Nakamura, Niderland təmsilçisi Aniş Qiri, rusiyalı Yan Nepomnyaşi, fransalı Maksim Vaşye-Laqrav, ermənistanlı Levon Aronyan iştirak edəcəklər. Yarışın digər iştirakçılarının adı isə bir müddət sonra müəyyənləşəcək.
Turnirdə seriyanın dördüncü mərhələsində iştirak etmiş Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da çıxış edə bilər.
Xatırladaq ki, Teymur Rəcəbov "Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - "Airthings Masters” turnirinin qalibi olub, seriyanın üçüncü mərhələsində - "Opera Euro Rapid” turnirində isə üçüncü yeri tutub.


1402 oxunub

InvestAZ