XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Boksçularımız bu gün dünya birinciliyində mübarizəyə başlayırlar
İdman 11:04 / 13.04.2021
Bu gün Polşanın Keltse şəhərində boks üzrə gənclər arasında dünya birinciliyinə start veriləcək. 11 gün davam edəcək mundialda Azərbaycan boksçuları da qüvvələrini sınayacaqlar.
Komandamız yarışda baş məşqçi Əsgər Eyvazov, məşqçilər Əli İsmayılov və Şahin İmranovun rəhbərliyi altında 9 idmançı ilə təmsil olunacaq. Medallar uğrunda Nicat Hüseynov (49 kq), Əli Zamanov (52 kq), Əzrək Bəbirov (56 kq), Cəlal Qurbanov (60 kq), Elmir Novruzov (64 kq), Samir Nəsirov (69 kq), Cəfər Heydərli (75 kq), Murad Allahverdiyev (81 kq) və Əsəd Baxışov (91 kq) gücünü yoxlayacaq. Boksçular yarış öncəsi koronavirus testindən keçib və bütün nəticələr neqativ olub.
Dünya çempionatında 66 ölkədən 487 (160 qız, 327 oğlan) boksçunun iştirakı gözlənilir. Bu, 3 il əvvəl baş tutan analoji yarışla müqayisədə daha yüksək rəqəmdir. 66 iştirakçı ölkədən Bəhreyn, Banqladeş, Mərkəzi Afrika Respublikası, Konqo DR, İslandiya, Sent-Lüsiya, Syerre-Leone və Esvatini yarışda debüt edəcəklər.
Qeyd edək ki, aprelin 22-də qızların yarışında, ertəsi gün isə oğlanların mübarizəsində final görüşləri təşkil olunacaq.


32365 oxunub

InvestAZ