XƏBƏR LENTİ
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



MMA döyüşçümüz nokautla qələbə qazandı
İdman 14:14 / 12.04.2021
Aprelin 11-də Azərbaycanın və "Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti görüşünü keçirib. 27 yaşlı idmançı Rusiyanın paytaxtı Moskvada təşkil olunan "AMC Fight Night100” döyüş gecəsində Rusiya təmsilçisi, sərbəst güləş üzrə yeniyetmələr arasında Avropa çempionu Şamil Amirovla üz-üzə gəlib.
İlk iki raundda Ş.Amirov müqavimət göstərsə də, üçüncü raundda zərbələr qarşısında duruş gətirə bilməyib. O, döyüşü davam etdirmək istəməyib. Beləliklə, Nəriman Abbasov görüşü texniki nokautla başa vurub.
Bununla da yüngül çəki dərəcəsində (70,3 kq) çempion kəmərinin sahibi olan Azərbaycan təmsilçisi titulunu qoruyub. "Lujniki"dəki görüş N.Abbasovun 29-cu sınağı olub. O, ümumilikdə 26-cı və ardıcıl 11-ci qələbəsini qazanıb.
Əslində bu görüş aprelin 10-da gerçəkləşməli idi. Lakin həmin vaxt döyüş gecəsi çoxsaylı MMA azarkeşlərinin pandemiya şərtlərini pozaraq zalı tam doldurmaları səbəbindən təxirə salınıb.
Xatırladaq ki, Nəriman Abbasov daha əvvəl 2020-ci ilin sentyabrında Rusiyanın daha bir təmsilçisi Mixail Qoqitidzeni məğlubiyyətə uğradıb.

28731 oxunub

InvestAZ