XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Ağırlıqqaldıranlarımız Avropa çempionatını uğurla başa vurublar
İdman 10:08 / 12.04.2021
Moskvada kişilər və qadınlar arasında ağırlıqqaldırma üzrə Avropa çempionatı keçirilib. Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, 40 ölkədən 361 idmançının (179 qadın, 182 kişi) iştirak etdiyi yarışda baş məşqçilər Asif Məmmədov (kişilər) və Sərdar Həsənovun (qadınlar) rəhbərliyi altında Azərbaycan yığma komandasının üzvləri də qüvvələrini sınayıblar. Komandamız qitə çempionatını uğurla başa vurublar. Təmsilçilərimizdən ilk olaraq Boyanka Kostova körpücük üzərinə çıxıb. O, 59 kq çəki dərəcəsində mübarizə aparıb. Atletimiz birdənqaldırma hərəkətində 95 kq nəticə ilə bürünc, təkanla qaldırma hərəkətində isə 116 kq ilə qızıl medal qazanıb.
Ümumilikdə 211 (95 + 116) kq nəticə göstərən B.Kostova yekun sıralama da Avropa çempionatının qızıl medalına sahib çıxıb.
Xatırladaq ki, B.Kostova 2012-ci, 2015-ci və 2016-cı illərdəki Avropa çempionatlarının və 2015-ci ildəki dünya çempionatının da qalibidir.
Kişilərin yarışında isə Əliş Nəzərov və Dadaş Dadaşbəyli 102 kiloqram çəki dərəcəsində mübarizə aparıblar. Əliş Nəzərov ümumilikdə 315 kiloqram (141+174) nəticə göstərib və 13-cü yeri tutub.
Dadaş Dadaşbəyli isə böyük uğur qazanıb. Atletimiz birdənqaldırma hərəkətində 177 kiloqram nəticə ilə bütün rəqiblərini üstələyib və qızıl medala sahib çıxıb. Təkanla qaldırmada 202 kiloqram nəticə göstərən idmançımız 7-ci olub. Ümumilikdə, 279 kiloqram (177+202) nəticə göstərən D.Dadaşbəyli yekun sıralamada bürünc medala sahib çıxıb.

19063 oxunub

InvestAZ