XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



ADBTİA ilk dəfə doktoranturaya ixtisas imtahanı keçirilib
İdman 18:01 / 17.03.2021
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ilk dəfə olaraq 2020-2021-ci tədris ilində pedaqogika, tibb və biologiya elm sahələri üzrə doktoranturaya qəbul üçün ixtisas imtahanı təşkil edilib.
ADBTİA-nın mətbuat xidmətindən verilən məlumata görə, ingilis dili və fəlsəfə üzrə məqbul nəticə əldə etmiş namizədlər martın 16-da "Fiziki tərbiyənin, idman təliminin nəzəriyyəsi və metodikası”, "Bərpa təbabəti, idman təbabəti, müalicəvi bədən tərbiyəsi, kurortologiya və fizioterapiya” ixtisasları üzrə ixtisas imtahanında iştirak ediblər.
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ehtiyat tədbirləri daxilində imtahan binasına daxil olan iştirakçıların hərarəti məsafədən ölçə bilən elektron termometrlə yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan otağında namizədlərin sosial məsafə nəzərə alınmaqla əyləşdirilməsi təmin edilib.
İxtisas imtahanında 6 namizəd iştirak edib. İmtahan nəticələrinin martın 18-dən etibarən elan olunması gözlənilir.



39119 oxunub

InvestAZ