XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



«Avro-2020-nin istənilən matçının boş stadionda keçirilmə ehtimalı yoxdur»
İdman 13:01 / 17.03.2021
UEFA prezidenti Aleksander Çeferin Avro-2020-nin təşkili ilə bağlı daha bir açıqlama verib. "Sky Sports"a danışan sloveniyalı funksioner turnirin arkeşlərlə keçiriləcəyini təsdiqləyib:
"Təşkilatçılıqla bağlı bir neçə ssenari mövcuddur. İdeal ssenariyə əsasən, Avropa çempionatını 12 şəhərdə keçirəcəyik. Amma mümkün olmasa, yarış 10 və ya 11 şəhərdə təşkil olunacaq. Bu, bir və ya bir neçə şəhərin tələb olunan şərtlərə cavab verməyəcəyi təqdirdə gerçəkləşəcək. Avro-2020-nin istənilən matçının boş stadionda keçirilmə ehtimalı yoxdur. Hər bir şəhər fanatların tribunaya buraxılmasını təmin etməlidir. Şəhərlər üçün stadionlarda azarkeşlərlə bağlı son müddət 7 aprelədəkdir. Yekun qərar isə aprelin 20-də veriləcək".
Xatırladaq ki, Avropa çempionatı bu il Bakı da daxil olmaqla qitənin 12 şəhərində keçirilməlidir. 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb.

37541 oxunub

InvestAZ