XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



İbrahimoviç yenidən yığmaya dəvət aldı
İdman 13:41 / 16.03.2021
Zlatan İbrahimoviç yenidən İsveç millisinə çağırılıb. İtaliyanın "Milan” klubunun 39 yaşlı hücumçusunun adı yığmanın ilkin heyətinə daxil edilib. O, skandinaviyalıların DÇ-2022-nin seçmə mərhələsinin bu ay keçiriləcək Gürcüstan və Kosovo ilə oyunları, həmçinin Estoniya ilə yoxlama görüşündə forma geyinə bilər. Lakin onun millinin düşərgəsinə yollanması futbolçunun durumundan asılı olacaq. Fevralın 28-də keçirilən "Roma” ilə görüşdə (2:1) zədələnən Zlatan tam bərpa olunsa, yenidən yığmanın sıralarında olacaq.
Qeyd edək ki, 2001-ci ildən yığmada çıxış edən İbrahimoviç 116 matçda 62 qol vuraraq komandanın ən yaxşı bombardiridir.


37727 oxunub

InvestAZ