XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Cüdoçularımız “Böyük dəbilqə” turnirində yarışacaqlar
İdman 12:19 / 10.03.2021
Martın 26-da Tbilisidə Azərbaycan cüdoçularının da iştirak edəcəkləri "Böyük dəbilqə” turniri keçiriləcək. Yarışda kişilər arasında cüdoçularımız Oruc Vəlizadə, Kəramət Hüseynov (hər ikisi 60 kq), Murad Fətiyev, Zelim Tskayev (hər ikisi 81 kq), Uşangi Kokauri (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar. Qadınların yarlışlarında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Şəfəq Məmmədova (hər ikisi 52 kq) güclərini sınayacaqlar.
Qeyd edək ki, cüdoçularımız bundan əvvəl Daşkənddə keçirilmiş "Böyük dəbilqə” turnirində iştirak ediblər. Yarışda Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) bürünc medal qazanıblar.

37334 oxunub

InvestAZ