XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Avarçəkmə üzrə Olimpiya seçmə turniri keçiriləcək
İdman 11:43 / 10.03.2021
Tokio Olimpiya Oyunlarının Təşkilat Komitəsi Beynəlxalq Avarçəkmə Federasiyasının idmançılarının seçmə mərhələlərdə iştirak etməsi üçün may ayında Yaponiyaya gəlmələrini təmin edib. Mayın 5-7-də Tokionun "Sea Forest Waterway” avarçəkmə kanalında Asiya və Okeaniya ölkələri üçün Olimpiya seçmə turniri keçiriləcək. Ölkə rəhbərliyi, koronavirus pandemiyası səbəbindən idmançılar üçün sərtləşdirilmiş giriş qaydalarını yaxın gələcəkdə yumşaltmağı planlaşdırır. Oyunlar zamanı iki həftəlik karantin tətbiq edilməsinə ehtiyac qalmasa da, ancaq bir sıra sərt tələblər - sosial məsafəyə əməl etmək, maskalardan istifadə etmək və yalnız xüsusi nəqliyyat vasitələrində hərəkət etmək məcburiyyət olaraq qalacaq.
Keçən həftə Cənubi Amerika təmsilçilərinin iştirakı ilə Rio-de-Janeyroda Olimpiya seçmə turniri keçirilib. Yarış Braziliya hökuməti tərəfindən tətbiq olunan yeni məhdudiyyətlər səbəbindən bir neçə gün əvvəl sona çatıb.
Avropa Olimpiya seçmə turniri aprelin 5-7-də İtaliyada keçiriləcək. Final yarışlarının isə mayın 21-23-də İsveçrənin Lyutsern şəhərində keçirilməsi planlaşdırılır.

35889 oxunub

InvestAZ