XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Zəka sahiblərimiz “Qubadlı Cup”da yarışacaqlar
İdman 14:28 / 03.02.2021
Fevralın 7-də "Karabakh is Azerbaijan” onlayn şahmat seriyasının 4-cü turniri olan "Qubadlı Cup" turniri keçiriləcək. Chess.az saytının təşkil edəcəyi yarışda Azərbaycan təmsilçiləri ilə yanaşı, xarici ölkə şahmatçıları da mübarizə aparacaqlar.
Bundan əvvəl keçirilmiş 3 turnirin - "Jabrail Cup”, "Fuzuli Cup” və "Zangilan Cup"ın yekunlarına görə, ümumi hesabda Azərbaycan şahmatçısı Elnur Mehtiyev 20 xalla ilk yerdədir. Türkiyə təmsilçisi Kutay Sakmak (16 xal) ikinci, şahmatçımız Orxan Bağırov (14 xal) üçüncü pillədə qərarlaşıblar.
Seriya çərçivəsində bundan sonra daha 4 yarışın - fevralın 14-də "Shusha Cup", fevralın 21-də "Agdam Cup", fevralın 28-də "Kalbajar Cup", martın 7-də isə "Lachin Cup" turnirlərinin təşkili planlaşdırılıb. Seriya ümumilikdə, 8 turnir və böyük finaldan ibarət olacaq. Hər bir turnir işğaldan azad olunmuş şəhərlərimizin adını daşıyacaq. Səkkiz turnirin hər birində ilk altı yeri tutmuş şahmatçılar böyük finala düşmək üçün xallar qazanacaqlar.
Seriyanın sonunda, ən çox xal toplamış ilk 10 şahmatçı martın 14-də keçiriləcək böyük finalda oynamaq hüququ əldə edəcək. Böyük final - "Karabakh is Azerbaijan Grand Final" martın 14-də olacaq.

32386 oxunub

InvestAZ