XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Dünya Kuboku mərhələsində ayağının sındığını bilməyən idmançı
İdman 11:44 / 02.02.2021
Fin xizəkçisi Kerttu Niskanen həftəsonu Falunda keçirilən dünya Kuboku mərhələsində ayağının sınması barədə danışıb. İdmançının sözlərinə görə, o, yalnız şənbə günü təşkil olunan finişdən sonra ayağının sındığını anlayıb.
"Falundan bəd xəbərlər var. Şənbə günü təşkil olunan yarışda ayağımda möhkəm ağrıların olduğunu hiss etdim. Adrenalinin təsiri altında ağrılara məhəl qoymadan finişə qədər olan son kilometrləri keçdim. Yarışdan sonra ağrılar şiddətləndi. Bunun səbəbi də Finlandyada məlum oldu. Belə ki, mənə sol ayağımın sümüyünün sındığı bildirildi. Mən əla formada idim və bu qış yüksək nailiyyətlər əldə edə bilərdim”, - deyə xanım idmançı şəxsi instaqram hesabında paylaşdığı fotoya şərh yazıb.

33376 oxunub

InvestAZ