XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Azarkeş Lebron Ceymslə mübahisəsinə görə zaldan çıxarıldı
İdman 10:09 / 02.02.2021
Hakim NBA-nın müntəzəm çempionatı çərçivəsində "Steyt Farm-Arena” da keçirilən "Atlanta Houks” və "Los Anceles Leykers” görüşünü dayandırmaq məcburiyyətində qalıb. Buna səbəb idə Lebron Ceymsin ev sahibi komandanın birinci sıradakı azarkeşi ilə yaranan mübahisəsi olub.

Hadisə oyunun sonuna 8 dəqiqə qalmış "Leykers”in rəqib üzərində 86:78 hesablı üstünlüyü zamanı baş verib.

"Leykers”in ulduzu Lebron Ceyms oyundan sonra baş verənləri şərh edib: "Mən çox şadam ki, azarkeşlər tribunlara qayıdıblar. Mənim onlardan enerji almağa ehtiyacım var idi. Düşünürəm ki, hər kəsin buna ehtiyacı var idi. Hesab edirəm ki, həmin azarkeşlərin zaldan çıxarılmağı vacib deyildi. İki böyük insan arasında mübahisə düşdü. O nəsə dedi, mən nəsə dedim və sonra başqa kimsə mübahisəyə qoşuldu. Lakin onların zaldan çıxarılmalı olduqlarını düşünmürəm”, - deyə basketbolçu bildirib.

Mübahisə səbəbi ilə zaldan çıxarılan xanım azarkeş də hadisə ilə bağlı fikirlərini bölüşüb:

"L.Ceymsi təhqir etdiyimə görə məni zaldan çıxardılar. Bu cəfəngiyatdır. Çünki Lebron ilk olaraq mənim həyat yoldaşıma ilişməyə başladı. Dinləyin, mən sizə hadisənin necə olduğunu danışacağam. Ceyms oyun zamanı mənim həyat yoldaşıma baxdı və nəsə dedi. Mən ayağa qalxdım və ona "mənim həyat yoldaşımla danışma. Bir daha onunla danışsan səni məhv edəcəyəm” dedim. O, isə mənə "kəs səsini axmaq” dedi. Mən isə ona cavab olaraq "özün kəs səsini alcaq” dedim”, - deyə azarkeş bildirib.

Qeyd edək ki, qarşılaşma 107:99 hesabı ilə "Leykers” komandasının xeyirinə bitib.

32378 oxunub

InvestAZ